Onlar sehr göstərəcəkləri şeyləri yerə atdıqda Musa – aleyhissəlam – onlara dedi: "Göstərdiyiniz bu iş sehrdir. Həqiqətən, Allah etdiyiniz bu əməli boşa çıxaracaq və etdiyiniz sehrin heç bir təsiri olmayacaq. Çünki siz, öz sehr əməllərinizlə yer üzündə fitnə-fəsad törədən kimsələrsiniz. Allah hər bir fitnə-fəsad törədən kimsənin işini düzəltməz".