Biz dənizi ayırıb İsrail oğullarını dənizdən sağ-salamat keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət, dalğalar onun üstünə gəlib, dənizdə boğularq, xilas olacağından ümidini kəsdikdə, dedi: "İsrail oğullarının iman gətirdiklərindən başqa haqq məbud olmadığına iman gətirdim. Mən də Allaha itaət edənlərdənəm!".