Heç olmasa, sizdən əvvəl əzaba düçar olmuş ümmətlərdən fəzilət və yaxşı əməl sahibi olan kimsələr, o ümmətləri küfrü və günah edərək yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız zalım qövmlərini həlak etdikdə, xilas etdiyimiz az bir qisim insan yer üzündə fitnə-fəsad törətməyi qadağan edirdi. Onlar öz qövmlərində zalım olanların və onlara verilmiş dünya ləzzətlərinin ardınca düşdülər və beləliklə də, onların tabe olduqları üçün zalımlardan oldular.