Gəmi içərisində olan insan və başqa canlılarla birgə dağlar kimi əzəmətli dalğalar arasında üzüb getdiyi zaman Nuh - aleyhissəlam -atalıq şəfqəti ilə, atasından və qövmündən ayrıca olaraq tək başına bir yerdə qalıb, kənarda duran oğlunu (Kənanı) səsləyib dedi: "Ey Oğlum! suda boğulmaqdan xilas olmaq üçün haydı bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma. Yoxsa onların suda boğulub həlak olduqları kimi səndə suda boğulub həlak olarsan".