Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Hud — Ayah 62

قَالُواْ يَٰصَٰلِحُ قَدۡ كُنتَ فِينَا مَرۡجُوّٗا قَبۡلَ هَٰذَآۖ أَتَنۡهَىٰنَآ أَن نَّعۡبُدَ مَا يَعۡبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِي شَكّٖ مِّمَّا تَدۡعُونَآ إِلَيۡهِ مُرِيبٖ ٦٢
Qövmü ona dedi: "Ey Sa­leh! Bu dəvətindən öncə sən, bizim aramızda yüksək məqama sahib olan bir kim­sə idin. Biz sənin ağıllı və öyüd-nəsihət verən bir kimsə olmacağını gözləyirdik. Ey Saleh! Doğ­rudan­mı sən atalarımızın iba­dət etdi­yinə ibadət etməyi bizə qadağan edirsən? Doğ­rusu, biz sənin, biz­lə­ri tək Allaha ibadət etməyə dəvət etdi­yin din barəsində şübhə içərisindəyik və elə buna görə də biz səni, Allah adından yalan danışmaqda ittiham edirik".