Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Hud — Ayah 88

قَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَرَزَقَنِي مِنۡهُ رِزۡقًا حَسَنٗاۚ وَمَآ أُرِيدُ أَنۡ أُخَالِفَكُمۡ إِلَىٰ مَآ أَنۡهَىٰكُمۡ عَنۡهُۚ إِنۡ أُرِيدُ إِلَّا ٱلۡإِصۡلَٰحَ مَا ٱسۡتَطَعۡتُۚ وَمَا تَوۡفِيقِيٓ إِلَّا بِٱللَّهِۚ عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ ٨٨
Şueyb qövmünə dedi: "Ey qövmüm! Elə isə mənə bir deyin görək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə istinad edirəmsə, Ondan bir bəsirət üzərindəyəmsə və O da Öz tə­rəfindən mə­nə halal ruzi və peyğəmbərlik bəxş etmişdirsə, onda necə olsun?! Sizə qadağan etdiyim şey­ləri et­mək­lə sizə müxalif olamq istə­mirəm. Mən sadəcə ba­car­dığım qə­dər sizi Rəbbinizin tövhidinə və Ona ibadət etməyə dəvət etməklə, sizlərin islah olmanızı istəyi­rəm. Mən buna ancaq Uca Allahın məni müvəffəq etməsi ilə nail ola bilərəm. Mən bütün işlərimdə yalnız Ona təvəkkül etdim və mən yalnız Onun hüzuruna qayıdacam.