Ey mənim zindan yoldaşlarım! Yuxuda şərab hazırlamaq üçün üzümü sığan kimsəyə gəlincə, o, zindandan çıxıb, əvvəlki işinə qayıdaraq yenə də Hökmdar üçün şərab süzəcəkdir. Amma başı üstündə çörək daşıyan və quşlarında o çörəkdən yediyini görən kimsəyə gəlincə, o, öldürülüb, asılacaq və quşlarda başının ətindən dimdikləyib yeyəcəkdir. Haqqında fitva tələb etdiyiniz işə qabaqcadan qərar verilmişdir. Bu iş mütləq gercəkləçəcəkdir, buna heç bir şəkk-şübhə ola bilməz.