Hökmdar Yusufun ona yaxılan iftiradan təmiz çıxdığını, üstəlik, onun elm sahibi olduğunu bildikdən sonra, öz əyanlarına dedi: "Onu mənim yanıma gətirin! Onu özümə məsləhətçi edəcəyəm". Hökmdar Yusufla söhbət edib, onun elmindən və ağlından agah olduqdan sonra, Yusufa: "Ey Yusuf: Sən bu gündən etibarən bizim yanımızda yüksək məqam sahibi və etibarlı bir insan oldun" – dedi.