Göy gurultusu Uca Rəbbinə həmd edərək Onun şəninə təriflər deyir. Mələklər də Rəbbindən qorxaraq, Ona ehtiram göstərərək və Onu təzim edərək Onun şəninə təriflər deyirlər. Allah yandırıb-yaxan ildırımları məxluqatından dilədiyinin üstünə endirib onu məhv edir. Kafirlər Allahın vəhdaniyyəti barəsində mübahisə edirlər. Allah güc, güvvət sahibidir. O istədiyi şeyi edər.