Müşriklər, Allahın yolundan azdıqdan sonra özlərinə tabe olanları da azdırmaq üçün bütləri uca Allaha tay tutdular. Ey Peyğəmbər! Onlara de: "Hələlik dünya ləzzətləri ilə əylənin və insanlar arasında şübhələr yaymaqla məşğul olun. Şübhəsiz ki, Qiyamət günü dönüşünüz Cəhhənəmə olacaqdır. Sizin oradan başqa dönüş yeriniz yoxdur!"