Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah An-Nahl — Ayah 112

وَضَرَبَ ٱللَّهُ مَثَلٗا قَرۡيَةٗ كَانَتۡ ءَامِنَةٗ مُّطۡمَئِنَّةٗ يَأۡتِيهَا رِزۡقُهَا رَغَدٗا مِّن كُلِّ مَكَانٖ فَكَفَرَتۡ بِأَنۡعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلۡجُوعِ وَٱلۡخَوۡفِ بِمَا كَانُواْ يَصۡنَعُونَ ١١٢
Uca Allah sizə, əhalisi əmin-aman­lıq içində yaşayan, heç bir kimsədən qorxmayan, çevrələrindəki adamlar qamarlanıb götürüldüyü, əsir alındığı, öldürüldüyü, qarət edildiyi halda, özləri isə təhlükəsizlik içərisində yaşayan, ruzisi hər bir tərəfdən rahat və məşəqqətsiz gələn bir diyarı - Mək­­kə­ni - məsəl çəkir. Bu diyarın əhalisi Allahın onlara bəxş etdiyi nemətlərə nankaorluq edib, buna görə Allaha şükür etmədilər. Allah da onların yalan sayıb, küfür etdiklərinə cəza olaraq onları şiddətli aclıq və qorxu libasına bürüdü.