Onlar özlərinə nisbət edilməsini xoşlamadıqları qız uşaqlarını Pak və Uca Allaha nisbət edirlər. Dilləri də özləri üçün Allah yanında - əgər yenidən diriliş olarsa - ən gözəl aqibətin onların olacağını yalandan söyləyir. Şübhə yoxdur ki, onlar üçün Cəhənnəm atəşi hazırlanmışdır, onlar orada tərk olunacaqlar və heç bir zaman oradan çıxalımayacaqlar.