Müşriklər axirətdə, Allahdan başqa ibadət etdikləri bütlərini görüncə, öz günahlarını onların üzərinə yüklənməsi üçün belə deyəcəklər: "Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa ibadət etdiyimiz şəriklərimizdir!". Bu zaman Allah onların ibadət etdikləri bütləri dilə gətirib danışdıracaq və bütlər dünyada ikən onlara ibadət edənlərə: "Ey Müşriklər! Siz Allaha şərik qoşaraq etdiyiniz ibadətlərinizdə yalançısınız, çünki Allahdan başqasına ibaət edilməsi üçün Onun heç bir şəriki yoxdur!" – deyə cavab qaytaracaqlar.