Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah An-Nahl — Ayah 89

وَيَوۡمَ نَبۡعَثُ فِي كُلِّ أُمَّةٖ شَهِيدًا عَلَيۡهِم مِّنۡ أَنفُسِهِمۡۖ وَجِئۡنَا بِكَ شَهِيدًا عَلَىٰ هَٰٓؤُلَآءِۚ وَنَزَّلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ تِبۡيَٰنٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ٨٩
Ey Peyğəmbər! Hər ümmətə, onlara küfr və ya iman üzərində olub-olmadıqlarını şahidlik edən bir peyğəmbər göndərəcəyimiz günü xatırla. Bu peyğəmbər onlar kimi bir bəşər övladından olub, onların danışdıqları dilində danışacaqdır. Ey Peyğəmbər! Biz səni bütün ümmətlərə şahidlik etmək üçün gətirdik. Halal və haram, savab və günah olan və bunlardan başqa təfsilata ehtiyacı olan hər bir şeyi izah etmən üçün sənə Quranı nazilı etdik. Biz bu kitabı, insanları haqqa yönəltmək üçün nazil etdik. Biz onu, ona iman edərək, onunla əməl edənlərə bir rəhmər olması və əbədi olan nemətləri arzu edərək, Allaha iman edən möminlərə bir müjdə olması üçün na­zil etdik.