Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Al-Isra — Ayah 107

قُلۡ ءَامِنُواْ بِهِۦٓ أَوۡ لَا تُؤۡمِنُوٓاْۚ إِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مِن قَبۡلِهِۦٓ إِذَا يُتۡلَىٰ عَلَيۡهِمۡ يَخِرُّونَۤ لِلۡأَذۡقَانِۤ سُجَّدٗاۤ ١٠٧
Ey Peyğəmbər! De ki: "İstər Qurana inanın, is­tərsə də inanmayın. Onsuz da sizin Qurana iman etməniz ona heç bir şey artırmaz, onu inkar etməniz də ondan heç bir şeyi əksildib, azaltmaz. Həqiqətən də, Qurandan əvvəl nazil edilən səmavi kitabları oxuyanlar vəhyin və peyğəmbərliyin nə olduğunu yaxşı bilirlər. Onlara Quran ayələr oxundu­ğu za­man onlar Allaha şükür etmək üçün dərhal üzüstə səc­də­yə qapa­narlar".