Biz Nuhdan sonra Ad və Səmud qövmləri kimi, peyğəmbərləri yalan sayan neçə-neçə ümmətlər məhv etdik. Ey Peyğəmbər! Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi bəs edər. Allaha heç bir şey gizli qalmaz. Allah onların dünyada ikən etdikləri əməllərin qarşılığını verəcəkdir.