Ey Müşriklər! Yoxsa Allah sizi dənizdə batmaq təhlükəsindən xilas etdikdən sonra sizi quruda yerə batırmayacağına, yaxud da Lut qövmünə etdiyi kimi səmadan üstünüzə daş-kəsək yağdırmayacağına əminsiniz? Bundan sonra nə sizi bu fəlakətdən qoruyan tapılar, nə də ki, yardım edən bir yardımçı.