Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Al-Isra — Ayah 77

سُنَّةَ مَن قَدۡ أَرۡسَلۡنَا قَبۡلَكَ مِن رُّسُلِنَاۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحۡوِيلًا ٧٧
Müşriklərin səni Məkkədən qovub çıxartdıqlarından sonra özlərinin də orada çox az bir müddət qala bilmələri, uca Allahın səndən öncə göndərilən və qövmləri tərəfindən öz diyarlarından çıxarılan elçilər barəsindəki dəyişməyən sünnəsidir. Yəni, hər hansı bir qövm onlara göndərilən elçilərə qarşı düçmənçilik edib, onları yaşadıqları diyarlarından qovub çıxarmışdılarsa, Allah da əzab göndərib onları məhv etmişdir. Ey Peyğəmbər! Sən Bi­zim sünnəmizdə heç bir də­yi­şik­lik tapa bil­məzsən. Əksinə, sən onu daima sabit və dəyişməz olaraq görərsən.