Ey Peyğəmbər! Bir zaman özlərinin haqq dininə görə qaçıb mağaraya sığınan, Allaha iman etmiş mömin gənclərin özlərinin Rəbbinə dua edərək: "Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət əta et, günahlarımızı bağışla. Bizi düşmənlərimizdən qoru və kafirlərdən qaçıb hicrət və Sənə iman etdiyimizə görə haqq və düzgün yola yönəlməmiz üçün bizi hidayət yoluna yönəlt!" – dediklərini yadına sal.