Ey Peyğəmbər! De: "Mən də sizin kimi bir bəşərəm. Şübhəsiz ki, mənə, haqq olan məbudunuzun tək bir məbud olduğu və Onun heç bir şəriki, ortağı olmadığı vəhy olunur. O, Uca olan Allahdır. Kim qiyamət günü dirilib haqq-hesab üçün Rəbbi ilə qarşılaşacağından qorxursa qoy o, şəriətə müvafiq əməllər etsin və Rəbbinə etdiyi ibadətlərində Ona heç kəsi şərik qoşmasın!"