Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Al-Kahf — Ayah 14

وَرَبَطۡنَا عَلَىٰ قُلُوبِهِمۡ إِذۡ قَامُواْ فَقَالُواْ رَبُّنَا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَن نَّدۡعُوَاْ مِن دُونِهِۦٓ إِلَٰهٗاۖ لَّقَدۡ قُلۡنَآ إِذٗا شَطَطًا ١٤
Allahın vəhdaniyyətinə olan imanlrını kafir hökmdarın qar­şısında elan etdikləri zaman, Biz o gənclərin qəlblərini imanla və həmçinin imanlarında sabitqədəm olmaları və vətənlərini tərk etməyə qarşı səbir nümayiş etmələri üçün səbat verib qüvvətləndirdik. Onlar o vaxt qalxıb hökmdara: "İman edib, itaət etdiyimiz Rəbbimiz, göy­lə­rin və ye­rin Rəb­bidir. Biz heç vaxt Ondan başqa, yalandan onların ilah olduqları idda edilən mə­budlara iba­dət et­mə­yə­cə­yik. Əgər biz Ondan başqasına ibadət edəcəyimnizi söyləsək bu zaman haqqdan uzaq və ədalətsiz bir söz söyləmiş olarıq!" – de­mişdilər.