Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Al-Kahf — Ayah 18

وَتَحۡسَبُهُمۡ أَيۡقَاظٗا وَهُمۡ رُقُودٞۚ وَنُقَلِّبُهُمۡ ذَاتَ ٱلۡيَمِينِ وَذَاتَ ٱلشِّمَالِۖ وَكَلۡبُهُم بَٰسِطٞ ذِرَاعَيۡهِ بِٱلۡوَصِيدِۚ لَوِ ٱطَّلَعۡتَ عَلَيۡهِمۡ لَوَلَّيۡتَ مِنۡهُمۡ فِرَارٗا وَلَمُلِئۡتَ مِنۡهُمۡ رُعۡبٗا ١٨
Ey Əshabi-kəhfin əhvalatlarını oxuyan kimsə! Onlar yatmış ikən gözləri açıq olduğundan dolayı sən on­ları oyaq zənn edərdin. Halbuki onlar, sözün həqiqi mənasında yuxuya dalmışdılar. Onlar yuxuda ikən torpaq cəsədlərini çürütməsin deyə, Biz bəzən on­ları sağ tərəfə, bəzən də sol tərəfə çe­virirdik. On­ların iti isə mağaranın girəcəyində qabaq pən­cələrini uza­daraq yatmışdı. Əgər sən onları bu vəziyyətdə görsəydin, onlardan qorxduğun üçün dö­nüb qa­çar­­­dın və bu üzdən qəlbini dəh­şət və qorxu bürüyərdi.