Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Al-Kahf — Ayah 57

وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ فَأَعۡرَضَ عَنۡهَا وَنَسِيَ مَا قَدَّمَتۡ يَدَاهُۚ إِنَّا جَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۖ وَإِن تَدۡعُهُمۡ إِلَى ٱلۡهُدَىٰ فَلَن يَهۡتَدُوٓاْ إِذًا أَبَدٗا ٥٧
Rəbbinin ayələri yadına salı­nar­kən oradakı əzab vədinə önəm verməyən, o ayələrdə zikir edilənlərdən öyüd-nəsihət almaqdan üz döndə­rən, dünya həyatında etmiş olduğu küfrləri və günahları unudub və bunlardan tövbə etməyən kimsədən də daha za­lım kim ola bilər?! Bu sifətlərə sahib olan kimsələrin qəlblərinə Qu­ranı anla­masın­lar deyə ör­tük­lər çək­dik, qulaqlarına da tıxaclar vurduq. Onlar bu səbəbdən Quranı dinləyib qəbul edə bilməzlər. Sən onları nə qədər doğru yo­la ça­ğır­san da, qəlblərindəki örtüklər və qulaqlarında maneələr olduğu müddətcə onlar heç vaxt sənin çağırışını eşidib iman etməzlər.