Onlar gəmidən düşdükdən sonra hər ikisi də sahildə gəzməyə başladılar. Bu zaman onlar uşaqlarla birgə oynayan, həddi-büluğa çatmayan bir oğlan uşağı ilə rastlaşdılar, Xızır da dərhal onu öldürdü. Musa ona dedi: "Həddi-büluğa çatmayan, pak, məsum bir canı günahsız bir yerəmi qəsd etdin? Doğrusu sən, çox pis bir iş gördün!"