Ey Peyğəmbər! Pislik edənin etdiyi pisliklərə görə yaxşılıq edənin də çoxluca ibadət etmədiyinə görə peşman olacağı bir gün barədə insanları xəbərdar et. Məhz o gün insanların əməl dəftərləri bağlanıb, etdikləri əməllərin haqq-hesabı edildikdə, hər bir kimsə dünya da ikən etdiklərini öz qarşısında görəcəkdir. Onlar dünya həyatında aldanmış, axirət həyatını unutmuş və qiyamət gününə də iman gətirməyən kimsələrdir.