Bu surədə Zəkəriyyədən başlayıb İdris - aleyhiməssəlam - ilə bitən adı çəkilən hər kəs Adəmin - aleyhissəlam - və Nuhla - aleyhissəlam - birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, həmçinin, İbrahimin və Yəqubun - aleyhiməssəlam - İslama müvəffəq etdiyimiz kimsələrin nəslində gələn Allahın peyğəmbərliklə nemətləndirdiyi kimsələrdir. Onlar Allahın ayələri oxunduğunu eşitdikdə Allah qorxusundan ağlayaraq səcdəyə qapanırdılar.