Ey Peyğəmbər! Rəbbinə and olsun ki, Biz onları azğınlığa sürükləyən şeytanlarla birlikdə qəbirlərindən çıxarıb məhşərə bir yerə toplayacaq, sonra da onları zəlil vəziyyətdə, dizləri üstə çökmüş halda Cəhənnəmin qapılarına tərəf sürükləyəcəyik.