Azğınlıqlarını artırmaları üçün onlara verilən möhlətin qarşılığında, Uca Allah doğru yolda olanların hidayətini və imanlarını daha da artırar. Ey Peyğəmbər! Rəbbinin yanında, əbədi səadətə qovuşduran yaxşı əməllər isə savab baxımından daha faydalı, aqibətcə daha xeyirlidir.