Ey Peyğəmbər! Yadına sal ki, Biz bir zaman mələklərə: "Adəmə salam məqsədilə səcdə edin!" – demişdik. Mələklərlə birğə olan, amma onlardan olmayan İblisdən başqa mələklərin hamısı Allahın əmrinə tabe olaraq salam məqsədilə Adəmə səcdə etdi. İblis isə təkəbbürlük edərək və lovğalanaraq səcdə etməkdən imtina etdi.