Allah Adəmə və Həvvaya belə buyurdu: "Sizin hər ikiniz və İblis Cənnətdən yerə enin. İblis sizin düşməninizdir, sizdə onun düşmənisiniz. Məndən sizə, Mənim haqq yolumu göstərən biri gəldikdə, kim Mənim haqq yolumu göstərənə tabe olub, ona əməl edər və bu yolda sabitqədəm olarsa, o nə dünya həyatında azğınlığa düşər, nə də ki, axirət həyatın da bədbəxt olmar. Əksinə, uca Allah onu Cənnətə daxil edər!