Allahın ayələrini yalan sayan kimsələrin bəzisini imtahan etmək məqsədi ilə onlara dünya həyatının bərbəzəyindən müvəqqəti olaraq əylənmələri üçün verdiyimiz şeylərə gözünü dikmə. Onlara verdiyimiz bu bər-bəzək fani dünya malıdır. Rəbbinin razı olmağın üçün sənə vəd etdiyi mükafat, dünya həyatında müvəqqəti olaraq əylənmələri üçün onlara verilən fani dünya malından daha xeyirli və daha davanmlıdır.