Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalan sayan bu kafirlər: "Elə isə qoy Muhəmməd Rəbbindən bizə onun həqiqətən Allah tərəfindən göndərilən bir peyğəmbər olmasına və həmçinin onun sadiqliyinə dəlalət edən açıq-aydın bir dəlil gətirsin?" – dedilər. Məgər yalan sayan bu kimsələrə əvvəlki səmavi kitabları təsdiq edən Quran gəlmədimi?!