Musa Fironun sehrbazlarına öyüd-nəsihət verərək belə dedi: "Bunu etməkdən çəkinin! Sehr edib insanları aldadaraq Allah adına yalan uydurmayın, yoxsa O, Öz tərəfindən əzab göndərib sizi məhv edər. Allah adına yalan uyduranlar şübhəsiz ki, ziyana uğrayanlardır!"