Firon, sehrbazların Musa və Harunun Rəbbinə iman gətirmələrini qınayaraq və onları təhdid edərək onlara belə dedi: "Mən sizə izin verməzdən öncə Musaya imanmı gətirdiniz? Ey Sehrbazlar! Şübhəsiz ki, Musa sizə sehr öyrədən başçınızdır. Mən sizin hər birinizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək və bədənlərinizi ta ölənə kimi xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm ki, qoy bu, başqalarına da ibrət olsun. Bundan sonra hansımızın, mənim, yoxsa Musanın Rəbbinin əzabının daha şiddətli və daha sürəkli olduğunu anlayacaqsınız!"