Musa - aleyhissəlam - Samiriyə belə dedi: "Haydı çıx get! Sən həyatın boyu: "Mənə toxunmayın, mən də sizə toxunmayım!" – deyəcəksən. Daima tək tənha qalacaqsan. Qiyamət günü də sənin üçün hesaba çəkilib, əzab olunacağın bir gün vardır. Uca Allah bu vədindən əsla dönməz. İndi isə sən özünə Allahdan başqa məbud qəbul etdib, ona ibadət etdiyin buzova bax. Biz indi onu atəş içində əriyənə qədər yandıracaq, sonra da onun külünü bir zərrə qədər qalmayanadək dənizə sovuracağıq!"