Biz sizə Quranı nazil etdik. Bilin ki, əgər siz bu Quranı təsdiq edib və orada olan Allahın əmr və qadağalarına əməl etsəniz bu sizin Allah yanında qədir-qiymətinizi və dəyərinizi yüksəldər. Doğurdanmı siz bunu başa düşmürsünüz?! Məgər siz bundan sonra da Qurana iman gətirməyə və onun içindəkilərə əməl etməyə tələsməyəcəksiniz?!