Yox, onlara əzab verən atəş heç də onların zənn etdikləri kimi gözlədikləri bir halda deyil, əksinə, qəfildən və gözləmədikləri bir halda gələcəkdir. Allahın əzabı onlara yetişdikdə, bu əzabın qarşısını alıb onu özlərindən dəf edə bilməyəcəklər və onlar Allahın rəhmətinə nail olmasın deyə onlara heç tövbə etməyə aman da verilməyəcəkdir.