Ey Peyğəmbər! Əzabın tez bir zamanda gəlməsinə tələsən kimsələrə de: "Rəhman sizə əzab göndərmək və ya sizi məhv etmək istəsə, deyin görək, sizi gecə və gündüz Allahın əzabından kim müdafiə etməyə qadir ola bilər?!" Lakin onlar öz Rəbbinin nəsihətini və dəlillərini xatırlamaqdan üz döndərdilər. Cəhalət və səfehliklərindən dolayı bu barədə əsla düşünmürlər.