Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Al-Anbya — Ayah 5

بَلۡ قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمِۭ بَلِ ٱفۡتَرَىٰهُ بَلۡ هُوَ شَاعِرٞ فَلۡيَأۡتِنَا بِـَٔايَةٖ كَمَآ أُرۡسِلَ ٱلۡأَوَّلُونَ ٥
Məkkə müşrikləri Muhəmmədin (sallallahu aleyhi və səlləm) gətirdiyi din barədə müxtəlif fikirlərə düşərək bəzən: "Bunlar yozumu olmayan qar­ma­qarı­şıq yuxulardır!", bəzən: "Xeyr, bu əsli olmayan, özün­dən uydurduğu bir yalandır!", bəzən də: "Xeyr, o, bir şairdir!. Əgər o peyğəmbər olduğu iddiasında doğrudursa, elə isə qoy o, Musanın əsası və Salehin dəvəsi kimi əv­vəlki el­çi­lərə göndəri­lən möcü­zələrdən bizə də bir möcüzə gətirsin!"- dedilər.