İbrahim onlara belə cavab verdi: "Xeyr, mən sizinlə zarafat etmirəm, əksinə, sözümü ciddi olaraq deyirəm. Sizin Rəbbiniz göyləri və yeri misilsiz olaraq yoxdan var edən tək olan Allahdır. Mən də? yalnız Uca Allahın göylərin və yerin Rəbbi olduğuna şahidlik edənlərdənəm. Bu xüsusda ibadət etdiyiniz bütlərin heç bir payı yoxdur.