Biz Luta mübahisəçilər arasında çətin məsələləri həll edib hökm çıxartmağı və şəri elmi bəxş etdik. Biz onu, Sədum məmləkətinə göndərdiyimiz əzabdan xilas etdik. O məmləkətin xalqı olduqca murdar işlər görən bir kimsələr idi. Həqiqətən, onlar Rəbbinin itaətindən çıxan fasiq bir qövm idi.