Biz Nuhu, onun, həqiqətən də, Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən ayələrimizlə dəstəkləyərək onu yalançı hesab edən qövmünün hiyləsindən xilas etdik. Çünki onlar yer üzündə fitnə-fəsad çıxaran şər bir qövm idi. Odur ki, Biz onların hamısını suya batırdıq.