Biz şiddətli əsən küləyi Süleymanın əmrinə tabe etdik. Belə ki, Süleyman, küləyə əmr etdikdə, külək onun əmri ilə bərəkətli etdiyimiz, peyğəmbərlər göndərdiyimiz və bol-bol xeyirlər bəxş etdiyimiz Şam torpaqlarına tərəf əsərdi. Biz hər şeyi bilirik. Bizə heç bir şey gizli qalmaz.