Ey Peyğəmbər! Əyyubun - aleyhissəlam - hekayəsini də, yada sal! O, xəstəliyə düçar olduqda, Rəbbinə: "Ey Rəbbim! Mən, xəstəlik və ailəmi itirmək müsibətinə məruz qaldım. Sən mərhəmətlilərin ən mərhəmətlisisən, məni düşdüyüm bu bəladan xilas et!"– deyərək yalvarıb dua demişdi.