Ey Peyğəmbər! Balıq sahibi Yunusu - aleyhissəlam - da yada sal! Bir zaman o, qövmünün günah işlər görməkdə davam etdiklərinə görə onlara qarşı qəzəblənərək Rəbbinin izni olmadan onlardan ayrılıb getmiş və Biz onu bu əməlinə görə cəzasız buraxıb, sıxıntıya salmayacağımızı zənn etmişdi. Nəhayət, balıq onu udub qarnında həbs etdikdə, Biz onu şiddətli bir sıxıntı ilə imtahan etdik. Sonra da o balığın qarnının, gecənin və dənizin zülmətində günahını etiraf edib, Allaha tövbə edərək: "Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən uca, pak və müqəddəssən! Mən isə həqiqətən də, özümə zülm edənlərdən oldum!" – deyərək yalvarıb dua etmişdi.