Ey Peyğəmbər! Namusunu zinadan qoruyan Məryəmi - aleyhəssəlam - də yada sal! Bir zaman Allah ona Cəbraili - aleyhissəlam - göndərdi. Cəbrail də Məryəmə ruh üfürdi və Məyrəmdə bunun ardından İsaya - aleyhissəlam- hamilə qaldı. Məryəm və onun oğlu İsa, həmçinin, İsanın atasız xəlq edilməsi insanlara Allahın qüdrətini və heç bir şeyin Onu aciz edə bilməyəcəyini göstərən açıq-aydın bir dəlil idi.