Kim Allaha, Onun rəsullarına və axirət gününə iman edərək yaxşı işlər görsə, onun etdiyi yaxşı əməllər əsla inkar olunmayacaqdır. Əksinə, Allah onun əməlini qəbul edər və ona mükafatını tam və kamil bir şəkildə verər. Qiyamət günü dirildikdə isə etdiyi əməllərin hamısının əməl kitabında yazılıdığını görər və bundan dolayı o çox sevinər.