Onlar olduqları yerdən çıxması ilə Qiyamət saatı yaxınlaşar və bununla da qiyamətin dəhşəti hər bir tərəfi bürüyər. Bu zaman kafirlər qiyamət qorxusunun dəhşətindən gözləri bərəlmiş halda: "Vay halımıza! Biz başımızı dünya həyatına qarışdıraraq bu əzəmətli gün üçün heç bir tədarük görmədik. Üstəlik Allaha qarşı küfür və asiliklər etməklə özümüzə zülüm etdik!" – deyərlər.