İnsanlardan səksəkə içində olub, Uca Allaha şəkk-şübhə ilə ibadət edənlər də vardır. Əgər özlərinə sağlamlıq və ya zənginlik kimi bir xeyir bəxş edilərsə, imandan möhkəm yapışıb, Allaha ibadətində davamlı olar. Əgər başına xəstəlik və ya fəqirlik kimi bir müsibət gəlsə, dininə qarşı bədbinlik edər və dindən üz döndərib yenidən küfrə qayıdar. Belə kimsə dünyasını ziyana uğratmış kimsədir. Çünki onun Allaha küfr edib, dindən dönməsi onun üçün əvvəlcədən yazılmız dünya payından heç bir şey artırmaz. Beləsi qiyamət günü Allahın əzabına düçar olacağına görə axirətini də itirimiş kimsədir. Gerçək zərər də elə budur.