Allah iman gətirib yaxşı işlər görənləri qəsrləri altından çaylar axan cənnətlərə daxil edər. Şübhəsiz ki, Allah rəhmət etmək istədiyi kimsəyə rəhməti və cəzalandırmaq istədiyi kimsəyə də cəzası ilə istədiyini edər. Kimsə Uca Allahı zorla bir işi görməyə məcbur etmək iqtidarında deyildir.